EUR 2.0067 USD 1.7 RUB 0.0272

Redaktorun seçimi

Trampın "tvit"lərində davamlı səhvlərin sirri açıldı

  • 643 dəfə
  • Tarix 22 May 2018 / 11:36

ABŞ prezidentinin “tvit”lərini qələmə alanlar bəzi hallarda qəsdən qrammatik və stilistik səhvlər buraxırlar ki, Donald Trampın müəllif stilini imitasiya etsinlər.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Boston Globe” məlumat yayıb.

 

Nəşr bildirir ki, bəzən “tvit”ləri hazırlayan Ağ Ev əməkdaşları qəsdən nida işarələrindən çox istifadə edir, vergülləri “unudur” və başqa səhvlər buraxaraq Trampa xas yazı stilini saxlayırlar.

 

Mənbələr bildirir ki, prezidentin bəzi köməkçiləri bu yazı stilindən şoka düşən Amerikan elitasının qəzəblənməsindən həzz alırlar. Onlar hesab edirlər ki, bu tərz prezidenti sadə amerikalılara daha da yaxınlaşdırır və onu populyarlaşdırır.

 

Qeyd edək ki, D. Tramp ABŞ-ın ənənəvi mediasına inanmadığı üçün “Twitter”də yazmağa davam edəcəyini bildirib.  

SİZİN REKLAM BURADA