EUR 2.0067 USD 1.7 RUB 0.0272

Yeniliklər

Elon Mask Marsa ekspedisiya aparacaq gəmini göstərdi - FOTO - VİDEO

  • 1739 dəfə
  • Tarix 22 May 2018 / 12:55

“SpaceX” şirkətinin yaradıcısı Elon Mask pilot missiyası həyata keçirəcək kosmik gəmi - “Crew Dragon”un yekun dizaynının fotosunu paylaşıb.

 

İKT.lent.az-ın xəbərinə görə, gəmi Beynəlxalq Kosmik Stansiyaya ekipaj və yük daşıyacaq. Hazırda bu işlə Rusiyanın “Soyuz” gəmisi məşğul olur.

 

“Crew Dragon” 2013-cü ildən hazırlanır. Onu həm içəridən, həm də Yerdəki mərkəzdən idarə etmək mümkündür. Əsas testlər yekunlaşdıqdan sonra gəmi avqustda Kanaveral burnundakı kosmodroma göndəriləcək və sınaqlar orada davam etdiriləcək. 2024-cü ildə İ. Mask bu gəmi vasitəsilə Marsa ekspedisiya göndərmək fikrindədir.

 

“SpaceX” planlaşdırır ki, gəmini Yerə qaytararaq təkrar istifadə etmək mümkün olacaq. Şirkət 2015-ci ildə gəminin daxili dizaynını da nümayiş etdirmişdi.

SİZİN REKLAM BURADA