EUR USD RUB

Redaktorun seçimi

Rusiya “Booking.com”u bloklaya bilər

  • 589 dəfə
  • Tarix 23 May 2018 / 13:04

Otellərin online bron edilməsi xidməti olan “Bookong.com” Rusiya Federasiyası ərazisində bloklana bilər.

 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyanın Turizm üzrə Dövlət Agentliyi - “Rosturizm”ə bu məsələni nəzərdən keçirmək tapşırılıb. Təşkilat bu barədə təkliflərini iyunun 4-nə qədər hökumətə təqdim etməlidir.

 

“Rosturizm” məsələ ilə əlaqədar müvafiq peşə birlikləri və ictimai təşkilatların mövqeyini öyrənəcək.

 

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla əlaqədar ölkənin turist operatorlarından biri “Booking.com”un Rusiya ərazisində fəaliyyətini məhdudlaşdırmağı təklif edib. “Booking.com” ABŞ-ın “Booking Holdings” şirkətinə aiddir.

SİZİN REKLAM BURADA