EUR USD RUB

Video

Polisi şoka salan görüntü: Ruh müşahidə kamerasına düşdü - VİDEO

  • 3081 dəfə
  • Tarix 23 May 2018 / 15:16

Serbiyanın Trstenika şəhərinin dəmir yolu stansiyasında müşahidə kamerası qeyri-adi bir hadisəni lentə alıb.

 

İKT.lent.az-ın “The Daily Star” nəşrinə istinadən verdiyi xəbərə görə, videoda stansiyanın dəhlizində ağ siluetin hərəkət etdiyi açıq-aşkar görünür.

 

Müşahidə kamerasının qeydə aldığı görüntülərə bir xanımın polisə şikayətindən sonra baxılıb. Həmin xanım yolda hərəkət edərkən işıq dirəklərinin birindən digərinə tullanan anlaşılmaz obyekt görüb. Polislər kamera görüntülərini izləyərkən gördüklərindən dəhşətə gəliblər. Videoda dəhlizdə o yan-bu yana gedib-gələn ağ siluet aydın şəkildə görünür. Şikayətçi qadın da həmin dəhlizdən keçib.   

 

Video ruhları izləyən “The Hidden Underbelly” adlı “YouTube” kanalında yerləşdirilib.

SİZİN REKLAM BURADA