EUR USD RUB

Yeniliklər

Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

  • 926 dəfə
  • Tarix 24 May 2018 / 15:17

Ukrayna dövləti Rusiyanın əsas informasiya qurumları – “RİA Novosti Ukraina” və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə qarşı sanksiya tətbiq edib. 

 

İKT.lent.az-ın xəbərinə görə, yenilənmiş sanksiya siyahısı Ukrayna prezidentinin saytında yerləşdirilib. Ukraynalı provayderlərə “россиясегодня.рф”, "Sputniknews.com", "Ria.ru", "Rsport.ria.ru", "1prime.ru", "Realty.ria.ru" və "rian.com.ua" saytlarını bloklamaq tapşırılıb.

 

Bundan başqa, Rusiyanın aparıcı telekanallarının saytlarına giriş də qadağan edilib. Provayderlərə göstəriş verilib ki, aşağıdakı resurslar (eləcə də onların subdomenləri) blok edilsin: “rtr-planeta.com”, “russia.tv”, “vesti.ru”, “tvkultura.ru”, “digitalrussia.tv”.

 

Daha əvvəl bu telekanalların Ukraynada yayımına da qadağa qoyulmuşdu.

 

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) mayın 15-də “RİA Novosti Ukraina”ya qarşı əməliyyat keçirib. Agentliyin baş redaktoru Kirill Vışinski saxlanılıb, media qurumunun Kiyevdəki ofisində axtarış aparılıb. K. Vışinskiyə qarşı vətənə xəyanət maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2 aylıq həbs qərarı verilib.  

SİZİN REKLAM BURADA