EUR USD RUB

Redaktorun seçimi

“Samsung”a məhkəmə şoku: Şirkət rekord təzminata məhkum edildi

  • 1397 dəfə
  • Tarix 25 May 2018 / 10:12

ABŞ-ın Kaliforniya ştatının andlılar məhkəməsi “Samsung” korporasiyasını “Apple”ın müəllif hüquqlarını pozduğu səbəbi ilə ABŞ şirkətinə 539 milyon dollar məbləğində təzminat ödəməyə məhkum edib.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, məhkəmə belə qərara gəlib ki, “Samsung” smartfonların dizaynı ilə bağlı 3 patenti, eləcə də cihazların texnoloji funksiyaları ilə əlaqəli 2 patenti pozub. “Apple” Cənubi Koreya şirkətindən 1 milyard dollar tələb edirdi, “Samsung” isə cəmi 28 milyon dollar ödəməyə razı idi.

 

Məhkəmə çəkişməsi 2011-ci ildə başlayıb. “Apple” rəqibini “iPhone” texnologiyalarından “Galaxy” smartfonlarında qanunsuz istifadə etməkdə suçlayıb. Tərəflər təzminatın hansı qaydada hesablanacağı məsələsində mübahisə ediblər. Belə ki, təzminat hesablananda smartfonun ümumi qiymətini, yoxsa onun ayrı-ayrı elementlərini nəzərə almaq məsələsində fikri ayrılığı yaranıb. “Apple” cihazın ümumi qiymətini nəzərə almağı tələb edib, “Samsung” isə bununla razılaşmayıb.

 

“Apple” məhkəmə qərarı ilə əlaqədar yaydığı açıqlamada bəyan edib ki, “Samsung” ilə mübahisə təkcə pul məsələsi üstündə deyil: “Biz öz dizaynımızın dəyərinə səmimi olaraq inanırıq, bizim komandamız isə müştərilərə sevinc bəxş edən innovasion məhsullar hazırlamaq üzərində daim çalışır”.

 

“Samsung” qərardan şikayət verəcəyini bəyan edib.

SİZİN REKLAM BURADA