EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

“Mail.ru Group” və “Türkcell” Türkiyə bazarında əməkdaşlığa başlayır

  • 514 dəfə
  • Tarix 01 İyun 2018 / 11:11

Rusiyanın “Mail.ru Group” və “Türkcell” telekommunikasiya şirkəti Türkiyə bazarında əməkdaşlıqla bağlı danışıqlara başlayıblar.

 

İKT.Lent.az-ın abnews.ru saytına istinadən məlumatına görə, bu barədə Rusiya şirkəti məlumat yayıb.

 

Şirkət elektron ünvan və sosial media sahəsində əməkdaşlıq etməyi planlaşdırır. “Mail.ru Group” şirkətinin baş icraçı direktoru Boris Dobrodeyev bildirib ki, Rusiya şirkətinin elektron ünvanla bağlı qərarları “Türkcell”in xidmətlərini yaxşılaşdırmağa kömək edəcək. Bundan başqa, Dobrodeyevin fikrincə, “Mail.ru”nun sosial şəbəkələri Türkiyədə böyük potensiala malikdirlər.

 

“Türkcell”in rəhbəri Kaan Terzioğlu qeyd edib ki, bu əməkdaşlıq təşkilatlara öz sahələrində aparıcı oyunçulara çevrilməyə imkan yaradacaq.

 

Qeyd edək ki, “Mail.ru Group” Rusiyanın ən iri internet şirkətlərindən biridir. Şirkət üç sosial şəbəkəyə malikdir. Bunlara “Vkontakte”, “Odnoklassniki” və “Moy Mir” sosial şəbəkələri aiddir. Həmçinin “Mail.ru” müxtəlif messencerlərə və oyunlara sahibdir.

SİZİN REKLAM BURADA