EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

"Facebook" ABŞ yeniyetmələri arasında populyarlığını itirir

  • 605 dəfə
  • Tarix 05 İyun 2018 / 16:11

"Facebook" getdikcə ABŞ yeniyetmələri arasında populyarlığını itirir.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə "Pew" araşdırma şirkətinin hesabatında deyilir.

 

Qeyd olunur ki, "Facebook"u tərk edən gənclər daha çox "YouTube", "Instagram" və "Snapchat"a üz tuturlar. 2015-ci ildən bəri "Facebook" istifadəçisı olan amerikalı yeniyetmələrin faiz nisbəti 20 faiz aşağı düşüb və 51%-ə enib.

 

Rəyi soruşulan 13-17 yaşlı yeniyetmələrin 51%-i "Facebook", 69%-i "Snapchat", 72%-i "Instagram", 85%-i "Youtube", 32%-i "Twitter", 14%-i "Tumblr" isə istifadəçisi olduğunu bildirib.

 

Sorğu iştirakçılarının 95%-nin ağıllı telefonu var. 3 il əvvəl bu göstərici 73% olub.

SİZİN REKLAM BURADA