EUR 1.9801 USD 1.7 RUB 0.027

Proqramlar

"Instagram"a daxil olmaqda problem yaranıb

  • 879 dəfə
  • Tarix 05 İyun 2018 / 17:10

Bu gün səhərdən bir çox ölkələrdə "Instagram" sosial şəbəkəsinə daxil olmaqda problem yaranıb.

 

İKT.lent.az-ın xəbərinə görə, ABŞ, Avropa, Rusiya və Yaponiyadan olan istifadəçilər bununla bağlı statuslar paylaşıblar.

 

İstifadəçilər iki cür çətinliklə qarşılaşdıqlarını bildiriblər. Onlar ya səhifələrinə daxil ola, ya da xəbər lentini yeniləyə bilməyiblər.

 

Azərbaycanda isə istifadəçilər "Instagram"a kompüterdən daxil ola bilsələr də, smartfonlardan edilən cəhdlər uğursuz alınıb.

 

Hələlik sosial şəbəkə rəhbərliyi bununla bağlı hər hansı açıqlama verməyib.

SİZİN REKLAM BURADA