EUR 1.9828 USD 1.7 RUB 0.0267

Mobil

Tim Kukdan etiraf: "Mən smartfondan lazım olandan artıq istifadə edirəm"

  • 1177 dəfə
  • Tarix 05 İyun 2018 / 17:28

“Apple” korporasiyasının CEO-su Tim Kuk etiraf edib ki, “iPhone”dan lazım olandan daha çox istifadə edir.

 

İKT.lent.az-ın xəbərinə görə, T. Kuk CNN-ə müsahibəsində yeni mobil əməliyyat sistemi “iOS 12”də olan “Screen Time” funksiyası haqda danışıb.

 

Bu funksiya smartfon və digər cihaz sahiblərinin öz cihazları ilə nə qədər vaxt keçirdikləri barədə məlumat verir. “Mən düşünürdüm ki, bu məsələdə nisbətən intizamlıyam. Lakin müvafiq məlumatları alanda anladım ki, öz “iPhone”umla lazım olandan daha artıq vaxt keçirirəm”, - deyə T. Kuk söyləyib. O bildirib ki, cihaz özü asılılığa səbəb olmur: “Sadəcə, asılılığı sizin cihazın köməyi ilə hansı işləri görməyiniz yaradır”.

 

T. Kukun sözlərinə görə, istifadəçilərin “Screen Time” funksiyasını qoşub, smartfondan nə dərəcədə çox istifadə etdiklərini öyrəndikdə onların hər biri bundan sonra nə etmək lazım olduğu barədə qərar verməli olacaq. Mütəxəssis qeyd edib ki, “Apple” heç vaxt insanların öz cihazları ilə çox vaxt keçirməsini istəməyib.

 

Qeyd edək ki, “Apple” yeni əməliyyat sistemi – “iOC 12”ni təqdim edib.

SİZİN REKLAM BURADA