EUR USD RUB

Proqramlar

“Instagram”a 1 saatlıq videolar yükləmək olacaq

  • 888 dəfə
  • Tarix 06 İyun 2018 / 13:11

“İnstagram” istifadəçiləri sosial şəbəkədəki səhifələrinə 1 saatlıq videolar yükləyə biləcəklər.

 
İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən məlumatına görə, “İnstagram” sosial şəbəkəsi istifadəçilərə bir saat davam edən videoçarxlar yükləməyə icazə verilməsini planlaşdırır. 

 

Hazırda buna məhdudiyyət mövcuddur. Adi videolar üçün bu, 1 dəqiqə, “Srories” xidmətində isə 15 saniyədir.

 

Əvvəlcə ehtimal edilirdi ki, yenilik ancaq şaquli videoyazılara aid ediləcək. Ancaq “İnstagram” rəhbərliyi tərtibatçılarla və kontent istehsalçıları ilə müşavirə keçirib. Bu müşavirədə uzun videoların formatı müzakirə edilib. Hansı razılığın əldə edildiyi barədə heç bir məlumat verilmir.

SİZİN REKLAM BURADA