EUR USD RUB

Proqramlar

“AppStore”un ən populyar tətbiqləri açıqlandı - TOP-10

  • 1106 dəfə
  • Tarix 06 İyun 2018 / 13:45

“Apple” şirkəti “AppStore” mağazasında ən populyar tətbiqlərin TOP-10-nu elan edib.

İKT.lent.az-ın İnforeactor.ru saytına istinadən məlumatına görə, bu siyahı “Apple Design Award” mükafatı çərçivəsində tərtib edilib.

Ən populyar proqramların siyahısına bütün “Apple” cihazlarında, “iPhone”, “Mac” və “iPad” daxil bütün cihazlarda işləyən proqramlar daxil edilib. 

TOP-10-un lideri “Agenda” tətbiqi olub ki, bu da istifadəçilərə qeydlər yaratmağa imkan verir. Onun ardınca musiqi yaradan “Bandimal” proqramı qərarlaşıb. İlk üçlüyü isə “Calzy” kalkulyatoru qapayır.

Dördüncü və beşinci yerləri tərcüməçi “iTranslate Converse” və cərrahiyyədə qan itirməni müəyyən etməyə imkan verən “Triton Sponge” tətbiqləri tutub.

İkinci beşliyə isə “Florence” oyunu, “Oddmar”, “Insadie” pazlı, “Frost” və “Alto's Odyssey” oyunu daxil edilib. 

SİZİN REKLAM BURADA