EUR USD RUB

Yeniliklər

Bu şirkətdə “WhatsApp”dan istifadəyə qadağa qoyuldu

  • 1034 dəfə
  • Tarix 06 İyun 2018 / 14:14

Almaniyanın “Continental” təkər və avtomobil hissələri istehsalçısı əməkdaşlarına “WhatsApp” və “Snapchat” messencerlərindən istifadə etməyi qadağan edib. 

İKT.lent.az-ın News.ru saytına istinadən məlumatına görə, buna səbəb istifadəçilərin məlumatlarının kifayət qədər müdafiə edilməməsidir. Ancaq bu qayda yalnız xidməti telefonlara aiddir.

Belə ki, bu tətbiq şəxsi məlumatlara çıxışa malikdir. Məsələn, telefon kitabçasına. Yəni üçüncü şəxslərin məlumatları təhlükə altında qalır. 

“Biz fərdi məlumatların qorunması haqqında qanunun icrası zamanı məsuliyyətin birtərəfli qaydada istifadəçilərin üzərinə qoyulmasını yolverilməz hesab edirik”, - deyə “Continental” şirkətinin baş direktoru Elma Degenhart bildirib.

SİZİN REKLAM BURADA