EUR USD RUB

Yeniliklər

Təkadamlıq uçan aparat - VİDEO

  • 1167 dəfə
  • Tarix 07 İyun 2018 / 12:41

“Google”un qurucularından biri Larri Peycin yaratdığı və dəstəklədiyi “Kitty Hawk” startapı öz saytında yeni uçuş aparatının videosunu yerləşdirib.

 

İKT.lent.az-ın xəbərinə görə, drona oxşayan “Flyer” bir nəfər tərəfindən idarə olunur, saatda 30 km-dən çox sürətlə hərəkət edir və 3 metr hündürlüyə qalxır.  

 

Aparat 10 propellerlə uçur və onların elektrik mühərrikləri batareyadan qidalanır. Aparatı iki coystikin köməyi ilə idarə etmək olur.

 

Şirkət hələlik “Flyer”in nə vaxt satışa çıxacağını açıqlamayıb. “Bloomberg” bildirir ki, ilk alıcılar istirahət mərkəzləri və idman klubları olacaq.

 

Bu, “Kitty Hawk”ın ilk icadı deyil. Şirkət daha əvvəl iki yerlik “Cora” elektrotəyyarəsini təqdim edib. Bu təyyarə iri şəhərlərdə alternativ nəqliyyat vasitəsi kimi nəzərdə tutulur. Hazırda “Cora” Yeni Zelandiyada sınaqlardan keçir.

SİZİN REKLAM BURADA