EUR USD RUB

Yeniliklər

“AirPods” qulaqcığı eşitmə cihazı kimi istifadə edilə bilər

  • 1142 dəfə
  • Tarix 07 İyun 2018 / 15:55

iOS-un yeni versiyasında naqilsiz “Apple” qulaqcıqlarını eşitmə aparatı qismində istifadə edə bilmək imkanları yaradılıb. 

İKT.lent.az-ın “TechCrunch” nəşrinə istinadən verdiyi məlumata görə, yeni içlikdə real zaman rejimində smartfonun mikrofonundan səsi ötürə bilən funksiya aşkar edilib. Bununla da istifadəçi “iPhone”u müsahibinə yaxınlaşdıracaq və onun nitqini daha yaxşı eşidə biləcək. Təbii ki, bu, əsl eşitmə cihazını əvəz etməyəcək, ancaq məhdud eşitmə imkanları olan insanlara yardımçı olacaq. 

Yeni funksiya "iOS 12" əməliyyat sisteminin beta versiyasında artıq istifadəyə verilib. “Apple” əməliyyat sistemli mobil cihazları üçün tam versiya payızda yeni “iPhone”ların təqdimatından sonra istifadəyə veriləcək.

SİZİN REKLAM BURADA