EUR USD RUB

Yeniliklər

“Microsoft” dənizin dibində data mərkəz quraşdırdı 

  • 1226 dəfə
  • Tarix 07 İyun 2018 / 17:33

 “Microsoft” korporasiyası Şotlandiya sahillərindən bir qədər aralıda, suyun altında data mərkəz quraşdırıb. 

 
İKT.lent.az-ın “Sputnik.ru” saytına istinadən verdiyi məlumata görə, sualtı data mərkəzdə 864 server mövcuddur ki, onlar da dəniz suyundan prosessorun soyudulması üçün istifadə edirlər.

 

Təşkilat iddia edir ki, mərkəz internetə və enerji ilə qidalanma blokuna qonşu adadan dəniz dibi ilə aparılmış uzun kabel vasitəsilə qoşulub.

 
İlk belə data mərkəzin prototipi 2015-ci ildə sınaqdan keçirilib. O zaman Kaliforniyadan bir qədər aralı okeanın dibində qurğu yerləşdirilib. O, bir qədər qismən kiçik idi və cəmi 105 gün işləyib. Ancaq stansiyanın göstəriciləri mütəxəssisləri qane edib və sualtı data mərkəzin üzərində təkmilləşdirmə işlərini davam etdirmək qərarına gəliblər.

SİZİN REKLAM BURADA