EUR USD RUB

Mobil

"Regionun ən təhlükəsiz data mərkəzi Azərbaycandadır" - NAZİR

  • 1233 dəfə
  • Tarix 08 İyun 2018 / 12:18

"Azərbaycanda informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsi uğurla inkişaf edir".
 
İKT.lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
 
Nazir bildirib ki, texnologiyalar sahəsində islahatların genişləndirilməsi qarşıda duran mühüm vəzifələrdən biridir: "Bu sahədə ciddi islahatlar aparılır, texnoloji parklar yaradılır, innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir". 
 
R. Quluzadə qeyd edib ki, regionun ən təhlükəsiz data mərkəzi Azərbaycandadır.

SİZİN REKLAM BURADA