EUR USD RUB

Yeniliklər

20 illik əfsanənin sonu: “Yahoo! Messenger” bağlanır

  • 790 dəfə
  • Tarix 11 İyun 2018 / 14:51

İnternet nəhəngi “Yahoo”nun 20 ildir istifadə etdiyi mesajlaşma tətbiqi “Yahoo! Messenger” bağlanacaq.

 

İKT.lent.az-ın Vladtme.ru-ya istinadən xəbərinə görə, tətbiq iyulun 17-dən etibarən fəaliyyətini dayandıracaq.

 

Şirkət açıqlamasında qeyd edib ki, “Yahoo! Messenger” bu tarixə qədər normal şəkildə fəaliyyət göstərəcək. Bu tarixdən sonra 1998-ci ilin martında istifadəyə verilmiş messencerdən yararlanmaq mümkün olmayacaq.

 

“Yahoo Messenger” servisini hazırda beta-test mərhələsində olan “Yahoo Squirrel” xidmətinin əvəz edəcəyi gözlənilir. Yeni servisdən istifadə etmək istəyənlər tərtibatçılara müvafiq sorğu göndərə bilərlər.

 

Qeyd edək ki, “Yahoo” 9 iyun 2017-ci ildə 4,5 milyard dollara “Verizon” şirkətinə satılıb.

SİZİN REKLAM BURADA