EUR USD RUB

Yeniliklər

“Samsung” smartfonu alovlanıb maşını yandırdı

  • 989 dəfə
  • Tarix 11 İyun 2018 / 16:45

ABŞ-ın Miçiqan ştatının sakini sükan arxasında olduğu zaman smartfonu avtomobildə alovlanıb.

İKT.lent.az-ın ABC News  telekanalına istinadən məlumatına görə, nəticədə onun “Nissan Maxima” maşını tamamilə yanıb.

 

Hadisə zamanı avtomobildə iki smartfon – “Samsung Galaxy S4” və “Galaxy S8” olub.

Qadının sözlərinə görə, onun bəxti gətirib və sağ qalıb. Yanğın qəflətən baş verib, hadisə şahidləri ondan maşını tərk etməyi xahiş ediblər. Zərərçəkən məhkəmədə iddia qaldırmaq niyyətindədir. 

“Samsung” şirkətində isə bildiriblər ki, bu hadisəni araşdırırlar. 

Qeyd edək ki, bu, smartfonların alovlanması ilə bağlı ilk belə hadisə deyil. Onlardan biri ötən il iyun ayının sonunda baş verib. Yekaterinburq şəhərinin gənc sakininin smartfonu elə əlindəcə yanıb. Qız yanıq xəsarəti alıb. 

SİZİN REKLAM BURADA