EUR USD RUB

Yeniliklər

Şagirdlərin hərəkətlərini izləyən yeni texnologiya yaradıldı

  • 804 dəfə
  • Tarix 12 İyun 2018 / 13:52

Çinin Xançjou şəhərində şagirdləri izləmək üçün sifətin tanınması texnologiyası tətbiq olunub.

 

İKT.lent.az-ın Hi-news.ru saytına istinadən xəbərinə görə, yeni texnologiya hər 30 saniyədə sinif otağındakı şagirdlərin üzlərini fiksasiya edir.

 

Sistem şagirdlərin hərəkətlərini izləyir və onların nə vaxt yazdığını, oxuduğunu, müəllimə cavab verdiyini və ya məşğələ zamanı yatdığını anlayır.

 

Bu kimi izləmə sistemləri ilk növbədə tədris prosesinin effektivliyinin artırılması üçün istifadə olunur. Sistem həmçinin təhsil müəssisələrində mümkün insidentlərin qarşısını almağa kömək edir.

SİZİN REKLAM BURADA