EUR USD RUB

Mobil

“iPhone X” iki həftə suda qaldı və... - VİDEO

  • 1546 dəfə
  • Tarix 12 İyun 2018 / 18:07

“YouTube”da “Man+River” kanalının aparıcısı olan bloger Dallas çayında (ABŞ) maraqlı tapıntı edib.

 

İKT.lent.az-ın “PhoneArena”ya istinadən verdiyi xəbərə görə, çayda müxtəlif əşyaların axtarışı ilə məşğul olan bloger bu dəfə “iPhone X” tapıb. O, smartfonu çayın dibindən götürüb və fenlə qurudub. Cihaz işləməyə başlayıb. Bloger smartfonun sahibini müəyyənləşdirə bilib.  

 

“iPhone X”un çayın dibində 2 həftəyə yaxın qaldığı məlum olub. Maraqlıdır ki, cihaz IP67 standartı üzrə rütubətdən qorunsa da, lakin bu texnologiya smartfonun suda cəmi 30 dəqiqə qalmasına imkan verir. Bu səbəblə, cihazın 2 həftə suyun içində qalmasına rəğmən, işləməyə davam etməsi təəccüblə qarşılanıb.    

SİZİN REKLAM BURADA