EUR USD RUB

Redaktorun seçimi

"Tesla"da ixtisar: Maskdan işçilərə bəd xəbər

  • 629 dəfə
  • Tarix 13 İyun 2018 / 10:23

“Tesla”nın CEO-su Elon Mask əməkdaşlara elektron məktub göndərərək “Tesla Motors”un işçilərinin 9%-nin ixtisara düşəcəyini bildirib.  

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, məktub daxili istifadə üçün nəzərdə tutulsa da, mediaya sızıb.

 

E. Mask ixtisarı xərcləri azaltmağa və gəlirlə işləməyə yönəlmiş struktur dəyişiklikləri ilə əsaslandırıb: “Son bir neçə ildə “Tesla” şirkəti sürətlə inkişaf edib, nəticədə bir-birini təkrarlayan vəzifələr yaranıb. Bu, əvvəl hansısa məna kəsb edirdisə, hazırda onlara ehtiyac yoxdur. Xərcləri azaltmaq və rentabelliyə nail olmaq üçün biz təxminən 9% əməkdaşımızı azad etmək kimi çətin qərar qəbul etmişik. Biz ekoloji təmiz energetikaya keçidi sürətləndirməyə çalışırıq, lakin sabit gəliri təmin etmədən heç vaxt bu hədəfə nail ola bilmərik”.

 

E. Mask yeni “Model 3” layihəsi üzərində çalışan əməkdaşların işdə qalacağını söyləyib.

 

2017-ci ilin sonuna olan məlumata əsasən “Tesla Inç” şirkətində 37 min 543 nəfər çalışırdı. Onların 4 mindən çoxu işdən azad ediləcək.

 

Qeyd edək ki, E. Mask “Model 3” elektromobilinin iki mühərriklə çalışacağını və qiymətinin 36 min dollar olacağını açıqlayıb. Bir dəfə doldurulmaqla 300 km məsafə qət etmək mümkün olacaq

SİZİN REKLAM BURADA