EUR USD RUB

Yeniliklər

İnsanları qoxusu ilə oyadacaq "ağıllı" zəngli saat yaradılır

  • 708 dəfə
  • Tarix 13 İyun 2018 / 13:50

İnternetdə qeyri-adi zəngli saat layihəsi üçün pul toplanmasına başlanılıb.

 

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, "Sensorwake Trio" adlanan yeni zəngli saat üçün 30 min dollar vəsait toplanması planlaşdırılır.

 

Amma ideyanı dəstəkləyənlərin sayı gözləniləndən dəfələrlə artıq olub - elan olunduqdan sonrakı 3 saat ərzində 12 min dollar toplanılıb. Yeniliyin qiymətinin isə 79 dollar təşkil edəcəyi gözlənilir.

 

"Sensorwake Trio" adi zəngli saatlardan ciddi fərqlənəcək. Onun işıq və səs effektlərindən başqa, xüsusi qoxusu da olacaq. Yeni zəngli saatın payızda satışa çıxarılacağı gözlənilir.

SİZİN REKLAM BURADA