EUR USD RUB

Mobil

"Bakcell" Zaqatalada aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTOSESSİYA

  • 1550 dəfə
  • Tarix 13 İyun 2018 / 17:34

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti Göyçay və Zaqatalada baş vermiş təbii fəlakətdən zərər çəkmiş bölgələrin sakinlərinə dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirib.

 

İKT.lent.az-ın xəbərinə görə, bir müddət əvvəl Göyçay rayonunda baş vermiş güclü sel və Zaqatalada baş vermiş zəlzələ ilə əlaqədar "Bakcell" həmin bölgələrdə yaşayan abunəçilərinə ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 150 dəqiqə təqdim edib. Dəqiqələrin istifadə müddəti 15 gün təşkil edir.

 

Bundan başqa, "Bakcell" şirkətinin nümayəndələri Zaqatala rayonuna səfər edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı ilə əlaqədar aztəminatlı və imkansız ailələrə bayram sovqatı paylayıblar.

 

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” Azərbaycan əhalisinin sosial müdafiəsi baxımından əhəmiyyətli olan layihələri daim diqqət mərkəzində saxlayır. "Bakcell" insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən Korporativ Sosial Məsuliyyət layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.

SİZİN REKLAM BURADA