EUR USD RUB

Yeniliklər

Virtual reallıq ayıdan qaçmağı öyrədəcək

  • 586 dəfə
  • Tarix 14 İyun 2018 / 10:30

Kanadanın Prins-Corc şəhərindən olan “VR Training Solutions” şirkəti ayı ilə görüşən zaman nə etmək lazım olduğu ilə bağlı xüsusi simulyator yaradıb.

İKT.lent.az-ın “ZDNet” nəşrinə istinadən məlumatına görə, tətbiq Kanada meşələrində vəhşi heyvanla mümkün görüşü stimulyasiya etməyə imkan verəcək. 

Bu simulyatora insanla görüşən zaman özlərini müxtəlif cür aparan bir neçə növ ayı daxil edilib. Çünki VR-cihaz oyun istifadəçinin davranışına nəzarət edəcək. Sonuncusu isə virtual ayının özünü necə apardığını və onun əməllərinə necə reaksiya verəcəyini virtual olaraq görə biləcək. 

Tərtibatçılar bildiriblər ki, bir sıra heyvanlarla görüşdükdə, özünü ölülüyə vurmaq lazım gəlir. Ancaq bəzi vəhşi heyvanlar, əksinə, bu fənnə inanmaya bilərlər. 

“Bu, mənim gördüyüm ən effektiv maarifləndirmə üsuludur”, - deyə turistlərin təhlükəsizlik məsələləri ilə məşğul olan “Bear Scare” şirkətinin mütəxəssisi Den Le Qrander bildirib. Təxmin edilir ki, vəhşi heyvanla görüş zamanı insan özünü stress zamanı necə aparmalı olduğunu yadına salacaq və xətasız yetişəcək.

SİZİN REKLAM BURADA