EUR USD RUB

Yeniliklər

Çikaqoda yeraltı nəqliyyat layihəsi Elon Maska tapşırıldı

  • 988 dəfə
  • Tarix 14 İyun 2018 / 13:45

ABŞ-ın Çikaqo şəhərinin meri Ram Emanuel şəhər mərkəzi ilə İllinoys ştatının O’Hare beynəlxalq hava limanı arasında sürətli tranzit xətti yaradılması üçün Elon Maskın şirkətini (“The Boring Company”) seçib.

 

İKT.lent.az-ın xəbərinə görə, hava limanından şəhərə və əks istiqamətdə yolu 12 dəqiqəyə qət etmək mümkün olacaq.

 

Şirkət sərnişinləri yeraltı tuneldə elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələri ilə daşımaq niyyətindədir. Layihə şirkət tərəfindən maliyyələşdiriləcək. Sonradan reklamlardan və tranzit yığımlarından E. Mask öz payını götürəcək. Layihə azı 1 milyard dollara başa gələcək.
 

Hər nəqliyyat vasitəsi 16-ya qədər sərnişin və onların baqajlarını daşıyacaq. “The Boring Company” az miqdarda gediş haqqı almaq fikrindədir. “Bu, Hyperloop kimi olacaq, lakin borunun daxilində vakuum olmayacaq. Qısa marşrutlar üçün havanı çıxarmağa ehtiyac yoxdur”, - deyə E. Mask söyləyib.

SİZİN REKLAM BURADA