EUR USD RUB

Redaktorun seçimi

Avstraliya "Huawei"dən şübhələnir

  • 998 dəfə
  • Tarix 14 İyun 2018 / 14:36

Çinin “Huawei” şirkəti Avstraliyanın 5G telekommunikasiya şəbəkəsi yaradılmasına dair federal proqramına buraxılmayacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə "The Australian Financial Review" nəşri məlumat yayıb.

 

Baş nazir Malkolm Törnbull yaxın günlərdə bu barədə qərarı elan etməlidir. Çoxsaylı mənbələr bildirir ki, Avstraliya kəşfiyyatı “Huawei” ilə Çin hökuməti arasındakı əlaqələrə şübhə ilə yanaşır və bu şirkətin ölkədə 5G ilə bağlı tenderlərə buraxılmasına qarşı çıxır.

 

“Huawei” Avstraliyada çoxdan işləyir. Lakin şirkətə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunub. “Huawei” smartfonları ölkədə sərbəst satılsa da, hökumət genişzolaqlı internetin yaradılmasında Çin şirkətinin avadanlıqlarından istifadə olunmasını qadağan edib.  

 

2017-ci ilin sonunda Avstraliyanın hakim koalisiyası parlamentə ölkənin işlərinə xarici müdaxilənin məhdudlaşdırılması haqqında qanun layihəsi təqdim edib. Bundan sonra Avstraliya ilə Çin arasında münasibətlər pisləşib. Pekin bu ölkəyə planlaşdırılan rəsmi səfərləri təxirə salıb. Çin Avstraliyanın əsas ticarət tərəfdaşlarından biridir və ölkə iqtisadiyyatına birbaşa investisiyaların həcmin görə 5-ci sıradadır.

 

Qeyd edək ki, ABŞ hökuməti də “Huawei” şirkətinin Çin kəşfiyyatı ilə əlaqələrindən şübhələnir.

SİZİN REKLAM BURADA