EUR USD RUB

İT icmal

Bu il Azərbaycanda 114 milyon manatlıq elektron məhsullar istehsal edilib

  • 1160 dəfə
  • Tarix 14 İyun 2018 / 15:34

Bu il Azərbaycanda 113,7 milyon manatlıq kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqlar istehsal edilib. 

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may ayları ərzində ölkədə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 113,7 milyon manatlıq məhsul istehsal olunub ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz azalıb. Elektrik avadanlıqlarının istehsalı isə 96,2 faiz artıb. 

Dövr ərzində əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 4,7 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,7 dəfə artıb, məişət soyuducularının istehsalı 41,1 faiz azalıb.

SİZİN REKLAM BURADA