EUR 1.9828 USD 1.7 RUB 0.0267

Redaktorun seçimi

Futbol fanatları hansı smartfondan istifadə edir? - FOTOSESSİYA

  • 1431 dəfə
  • Tarix 18 İyun 2018 / 17:17

Rusiyada keçirilən Dünya Kubokunu izləyən futbolsevərlərin hansı smartfondan daha çox istifadə etdikləri açıqlanıb.

 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, "oneFactor" şirkətinin analitikləri süni zəka bazasında olan "SmartIndex" platformasından istifadə edərək azarkeşlər arasında ən populyar smartfonu müəyyən ediblər. 
 
Məlum olub ki, ən populyar smartfonlar "iPhone X", "iPhone 7" və "iPhone 6"dır. Araşdırmanın əhatə etdiyi 180 min nəfər arasında "iPhone X" smartfonundan 10 min nəfərin istifadə etdiyi müəyyənləşib. "iPhone 7" və "iPhone 6" smartfonlarının hər birindən isə 7 min nəfər istifadə edir. 
 
Ən zəngin azarkeşlər Səudiyyə Ərəbistanından olanlardır. Bu ölkədən Rusiyaya gəlmiş hər beşinci şəxsin "iPhone X" smartfonu var. Ən yoxsul azarkeşlər isə seneqallılardır. Onların arasında daha çox populyar olan smartfon "Samsung Galaxy J2"dir.

SİZİN REKLAM BURADA