EUR 1.9828 USD 1.7 RUB 0.0267

Mobil

Kriptovalyuta birjasına kiberhücum - 31 MILYON $ OĞURLANDI

  • 1120 dəfə
  • Tarix 20 İyun 2018 / 09:57

Cənubi Koreyanın kriptovalyuta birjası “Bithumb” haker hücumuna məruz qalıb.

 

İKT.lent.az-ın xəbərinə görə, nəticədə 30 milyon dollardan çox dəyəri olan kriptovalyutalar oğurlanıb.

 

“Bithumb”ın internet saytında bildirilib ki, iyunun 19-da və 20-nə keçən gecə 35 milyard von (31 milyon dollar) dəyərində kritpvalyuta oğurlanıb. Bunların hansı kriptovalyuta növü olduğu açıqlanmayıb.

 

“Bithumb” platforması təhlükəsizlik təmin olunana qədər əməliyyatların dayandırıldığını elan edib. Birja oğurlanan məbləğin kompensasiya ediləcəyini diqqətə çatdırıb.

 

Dünya üzrə 7-ci böyük kriptovalyuta birjasında baş vermiş oğurluq barədə xəbərin yayılmasından sonra kriptovalyutalar ucuzlaşıb. Bazar dəyəri ən yüksək olan “Bitcoin” 2% ucuzlaşaraq 6,588 dollara düşüb. “Ripple”, “Ethereum” və “Litecoin” da dəyər itirib.

SİZİN REKLAM BURADA