EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

“Xiaomi” yeni velosiped icad etdi

  • 1251 dəfə
  • Tarix 20 İyun 2018 / 18:42

Çinin “Xiaomi” şirkəti yeni elektrik velosiped yaradıb. 

İKT.lent.az-ın Gagadget.com saytına istinadən məlumata görə, o, alüminium ramaya və olduqca aşağı çəkiyə - 16,7 kiloqrama malikdir. 

“Xiaomi Himo” ölçülərinə görə olduqca yığcamdır və az yer tutur. Bu velosiped bir qədər də ucuz qiymətədir. Onun bir neçə fəaliyyət rejimi mövcuddur. “Xiaomi Himo”nin qiyməti 300 dollar civarında olacaq. 

Yeni elektrik velosipedin tədarükünə bu ilin iyunun 30-dan başlanacaq. Velosiped iki stil rəngdə - ağ, həmçinin qara və narıncı rəndə olacaq. İdarəetmə paneli velosipedin sükanında yerləşir və müxtəlif düymələrə malikdir. Həmçinin onun displeyi də var. Displeydə sürət, enerjisi və sair haqqında müxtəlif məlumatlar mövcuddur. Ümumilikdə akkumulyatorun tam enerji gücü 6,5 saata qədər bəs edir. 

Qeyd edək ki, Çinin “Xiaomi” şirkəti müxtəlif texnologiyalar üzrə ixtisaslaşıb. Son zamanlar “Xiaomi” təkcə smartfonlar istehsal etmir. Bu il “Xiaomi” router və odsöndürən, həmçinin çanta da istehsal edərək satışa çıxarıb. 

SİZİN REKLAM BURADA