EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

TV və internet istifadəçilərinin sayı nə vaxt bərabərləşəcək?

  • 1016 dəfə
  • Tarix 21 İyun 2018 / 16:02

İnsanlar uzun müddət televiziyalara üstünlük verirdilər. Ancaq televiziyaların da öz liderliyini itirmək şansı var.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, araşdırmaçılar iddia edirlər ki, bu, tez bir zamanda baş verəcək.  

“Zenith” media agentliyinin məlumatlarına əsasən, artıq gələn il televiziya və internet istifadəsinin həcmləri bərabərləşəcək. Analitiklərin məlumatları göstərir ki, bütün dünyada insanlar internetə 0,3 dəqiqə daha çox vaxt ayıracaqlar, nəinki televiziyaya. Bu zaman televiziyada 170,3, internetdə isə 170,6 əmsal olacaq. Bu nəzəriyyə bugünkü tendensiyalar dəyişməz qaldığı halda işə yarayacaq. 

Məlum olub ki, media reklamı çox hallarda internetdə çıxmağa başlayıb və televiziya resurslarını sıradan çıxarır. Ancaq bu, xərclərin 60 milyard çox artmasını nəzərdə tutur. 

Belə bir tendensiyanın səbəbi kimi smartfonların və internetin ucuzlaşması göstərilir ki, bunun sayəsində də şəbəkə auditoriyası milyonlarla istifadəçi ilə artıb.

SİZİN REKLAM BURADA