EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

2019-cu ildə avtomobil açarları da rəqəmsal olacaq

  • 1182 dəfə
  • Tarix 22 İyun 2018 / 15:39

Bir sıra iri avtomobil konserni və texnoloji şirkətlərdən ibarət “Car Connectivity” konsorsiumu rəqəmsal açar texnologiyası üçün standart tərtib edib.

 

İKT.lent.az-ın Speedme.ru saytına istinadən məlumatına görə, məlum olub ki, yeni texnologiya avtomobil sahibini müəyyən etməyə və smartfon vasitəsilə maşına işə salmağa imkan verəcək.

 

Planlaşdırılır ki, bu qərar bütün marka avtomobillərdə və smartfonlarda artıq 2019-cu ilin birinci rübündə istifadə ediləcək.

 

Qeyd edək ki, bu konsorsium “Apple” və “Samsung” kimi iri smartfon istehsalçılarından ibarətdir. Bundan başqa, bura “Audi”, BMW, “General Motors”, “Hyundai” və “Volkswagen” kimi avtomobil şirkətləri də daxildir. Konsorsiumun əsas iştirakçıları “Alps Electric”, “Continental Automotive”, “Denso”, “Gemalto”, NXP və “Qualcomm” kimi şirkətlərdir.

SİZİN REKLAM BURADA