EUR 1.9828 USD 1.7 RUB 0.0267

Redaktorun seçimi

İnternetin məşhurları - "TİME"ın SİYAHISI

  • 503 dəfə
  • Tarix 03 İyul 2018 / 13:01

“Time” dərgisi sosial şəbəkələrdə təsir gücü yüksək olan 25 nəfərin siyahısını hazırlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, siyahıda siyasətçilər, populyar blogerlər, şou-biznes nümayəndələri və ictimai fəalların adları var. “Time” həm müsbət təsirə malik olanları, həm də narazılıq və qəzəb yaradanları siyahıya daxil edib.  

 

2018-ci il üzrə internetdə təsir gücü ən yüksək olan şəxslərin siyahısında müğənni Rihanna, model Kayli Cenner, “Baby Ariel” təxəllüsü ilə məşhur olan 17 yaşlı ifaçı Ariel Martin, ABŞ-da silah satışı üzərində nəzarətin gücləndirilməsini tələb edən Parklend aktivistləri və prezident Donald Trampın adları var.

 

Bundan başqa, reper Kanye Uest, Cənubi Koreya rok qrupu BTS, “Instagram” blogeri Rayan və digərləri də siyahlıda yer alıb.   

SİZİN REKLAM BURADA