EUR 1.9828 USD 1.7 RUB 0.0267

Mobil

"Bakcell" mobil rabitədə fasilələrin qarşısını almağa çalışır - AÇIQLAMA

  • 867 dəfə
  • Tarix 03 İyul 2018 / 13:20

"Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin təchizatında yaranmış problem ilə əlaqədar olaraq ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında yaranmış fasilələr aradan qaldırılıb".

 

İKT.lent.az-ın xəbərinə görə, bunu "APA Economics"ə açıqlamasında “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova deyib.

 

S. Cəfərova bildirib ki, dayanıqlı mobil rabitə xidmətlərinin bərpa edilməsi istiqamətində bir sıra tədbirlər görülüb və xidmətlərin kəsintisiz göstərilməsi təmin edilib: “Buna baxmayaraq, ölkə ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunana kimi mobil rabitə xidmətlərinin göstərilməsində fasilələr yarana bilər. “Bakcell” baş verə biləcək rabitə kəsintilərin tez bir zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görəcək”.

SİZİN REKLAM BURADA