EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

"Facebook" VR-kamera buraxmağa hazırlaşır

  • 588 dəfə
  • Tarix 03 İyul 2018 / 17:57

"Facebook" şirkəti bəyan edib ki, tərtibatçıları yeni ixtiranın hazırlanması ilə məşğuldurlar.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu, virtual reallıq (VR) kamerasıdır.

 

Kameranın üçayaqlı ştativi olacaq. Ştativin yuxarısına bərkidilmiş dairə üzərində panoram video çəkmək üçün kameralar yerləşdiriləcək. Panoram VR-kameralar VR-dəbilqələri üçün videolar çəkəcək.

 

"Faceook" VR-kameranın satışa çıxarılacağı vaxtı açıqlamayıb.

 

Qeyd edək ki, bu ilin ilk aylarında 1,5 milyon ədəd VR-dəbilqə satılıb. İlin sonunadək bu rəqəmin 9 milyona çatması gözlənilir.

SİZİN REKLAM BURADA