EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

NASA kosmosa 20 siçan göndərdi

  • 786 dəfə
  • Tarix 03 İyul 2018 / 18:15

NASA göyərtəsində 20 laboratoriya siçanının olduğu “SpaceX Dragon” kosmik gəmisini kosmosa göndərib.

 

İKT.lent.az-ın Naukatv.ru-ya istinadən xəbərinə görə, gəmiricilər kosmik stansiyaya kosmosda qalmanın Yer kürəsi əhalisinin yuxu və həzminə təsiri ilə bağlı aparılan tədqiqat çərçivəsində göndəriliblər.


NASA-nın tədqiqatına Şimal-Qərb Universitetinin neyrobioloqları rəhbərlik edirlər. Alimlərin planı ondan ibarətdir ki, 10 siçan 3 ay ərzində kosmosda olacaq, digər 10-u isə 30 gündən sonra Yerə yola salınacaq. Doxsan gün insan üçün uzun görünsə də, bunu siçanlara şamil etmək olmaz. Çünki onlarda fizioloji proseslər insandan daha tez gedir.


Eyni zamanda 20 əkiz siçan – genetik baxımdan Beynəlxalq Kosmik Stansiyaya göndərilən gəmiricilər Yerdə olacaq. Əkizlər siçanların Beynəlxalq Kosmik Stansiyada məruz qaldığı şəraiti təkrarlayan xüsusi NASA simulyatorunda yaşayacaq. Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar və Yerdəki alimlər hər iki həftədə bir dəfə olmaqla bütün siçanlardan analiz götürərək onları müqayisə edəcəklər. Onlar həmçinin “kosmonavt” siçanların Yerdə olanlara nisbətən bədənlərində baş verən dəyişiklikləri izləyəcəklər.


Eksperiment alimlərə kosmosda olmanın siçanların fiziologiyası və davranışında dəyişiklikləri müşahidə etməyə imkan verəcək. Ekspertlər ümid edir ki, gəmiricilərin fizioloji dəyişiklikləri barədə istənilən informasiya astronavtların və Yer kürəsi əhalisinin gələcək müalicə metodlarına kömək edəcək.

SİZİN REKLAM BURADA