EUR 1.9828 USD 1.7 RUB 0.0267

Redaktorun seçimi

İnanılmaz xəta: "Sony" treyler əvəzinə, bütöv filmi "YouTube"a qoydu - VİDEO

  • 870 dəfə
  • Tarix 04 İyul 2018 / 13:15

“Sony Pictures Entertainment” şirkəti yanlışlıqla rejissor Con Metyuzun “Killer Kali” (Khali the Killer) filminin treyleri əvəzinə, filmi bütöv şəkildə “YouTube”a yerləşdirib.  

 

İKT.lent.az-ın xəbərinə görə, film 2017-ci ildə Almaniyada çəkilib. ABŞ kinoteatrlarında filmin premyerası avqustun 31-nə təyin edilib.

 

“Sony” şirkəti özünün rəsmi “YouTube” səhifəsində “Killer Kali: rəsmi treyler, indi DVD-də” adlanan treyler əvəzinə, 89 dəqiqəlik bütöv filmi yerləşdirib. Film 6 saat qaldıqdan sonra silinib. Lakin bir çox istifadəçi filmə baxa bilib. Onlar zarafatyana şərhlər də yazıblar və “Sony”dən növbəti belə addımlar gözlədiklərini deyiblər.   

 

Hələlik şirkət faktla bağlı açıqlama verməyib.

SİZİN REKLAM BURADA