EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

Bu da virtual reallıq kostyumu... - 999 DOLLARA

  • 898 dəfə
  • Tarix 04 İyul 2018 / 14:37

“Holosuit” şirkəti “Kickstarter” saytında virtual və əlavə reallıq üçün nəzərdə tutulmuş kostyumu formalaşdırmaq üçün tətbiq yaradılmasına 53 000 dollar toplayıb. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, ötürücülər və əks əlaqə zonaları ilə təchiz edilmiş unikal uniformanı VR qarnitura, masaüstü kompüter və telefonlara qoşmaq mümkündür. 

Cihaz virtual reallıq idman oyunları və attraksionlara uyğun gəlir. “Holosuit” şirkətinin tərtibatçıları bildirirlər ki, onu tibdə, sənayedə və təhsil sahəsində də istifadə etmək mümkündür. VR-kostyumun təchizatında 6 klaviatura, 36 hərəkət ötürücüsü və 9 əks rabitə zonaları mövcuddur. Aparatda naqilsiz sistem nəzərdə tutulub. 
 
“Holosuit” bu kostyumu 999 dollar qiymətləndirib. Komplektə gödəkçə, əlcək və tuman daxildir. Yeniliyin bu ilin noyabr ayında reallaşdırılması nəzərdə tutulub. 

SİZİN REKLAM BURADA