EUR 1.9828 USD 1.7 RUB 0.0267

Mobil

Diqqət: Smartfonunuz sizin videonuzu çəkə bilər

  • 805 dəfə
  • Tarix 05 İyul 2018 / 13:06

Smartfonlarda olan bəzi proqramların özbaşına ekranın “skrinşot”unu götürərək internetə yüklədiyi ortaya çıxıb.

 

İKT.lent.az-ın “Phone Arena”ya istinadən verdiyi xəbərə görə, ABŞ-dakı Şimal-Şərq Universitetinin mütəxəssisləri Android üçün 17 mindən çox populyar proqram əlavəsini yoxlayaraq aydınlaşdırıblar ki, onlardan bəziləri öz sahibini izləyə bilər. Belə ki, bəzi proqramlar müstəqil şəkildə ekranın “skrinşot”unu götürüb internetə yükləmək imkanına malikdir.

 

Tədqiqatın gedişində mütəxəssislər smartfonların mikrofonun səsini yazıb-yazmadığını öyrənmək istəyiblər. Çünki populyar konspiroloji nəzəriyyəyə əsasən bir çox proqramlar istifadəçilərin danışığına qulaq asır ki, ona uyğun reklam seçsin. Lakin həqiqət bir qədər fərqli olub. Mobil cihazların kamera və mikrofonlarına çıxışı olan proqramlar danışığı yazmır. Amma bəzi proqramların ekranın “skrinşot”unu çıxardığı və istifadəçinin bütün fəaliyyətini videoya çəkdiyi məlum olub. Bundan sonra çəkilişlər başqa domenlərə göndərilib. Məsələn, ərzaq məhsullarının çatdırılması üçün nəzərdə tutulan “GoPuff” proqramı bu yolla topladığı məlumatları “Appsee” analitik platformasına göndərirmiş.  

SİZİN REKLAM BURADA