EUR USD RUB

Mobil

“iPhone X” daha dünyada ən çox satılan smartfon deyil - TOP-10

  • 1190 dəfə
  • Tarix 05 İyul 2018 / 14:44

May ayının nəticələrinə əsasən, dünyada ən çox satılan smartfon heç də “iPhone X” olmayıb. 


İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “Counterpoint” şirkətinin analitikləri bildirirlər ki, “Apple”in flaqmanı satış göstəricilərinə görə qəfil eniş nümayiş etdirib. O, öz yerini bazarda 2,4 faiz paya malik “iPhone 8” və “Samsung Galaxy S9 Plus” smartfonlarına verib. 

Həmçinin ilk onluğa az qala “iPhone X”-i qabaqlayan “Xiaomi Redmi 5A”, “iPhone 8 Plus”, “Galaxy S9”, “Huawei P20 Lite”, “Vivo X21”, “Xiaomi Redmi 5 Plus/Note 5” və “Oppo A83” daxil olub.

Dünyada ən çox satılan bütün 10 smartfonun payına dünya satışlarının 18,8 faizi düşür. Yəni təxminən beşdə biri. Bununla belə, onluğa düşən iki model əsasən Çin bazarında satılır.

SİZİN REKLAM BURADA