EUR 1.9828 USD 1.7 RUB 0.0267

Redaktorun seçimi

Maskdan kömək təklifi: Mağarada qalmış uşaqları xilas üçün

  • 968 dəfə
  • Tarix 06 İyul 2018 / 12:46

Amerikalı iş adamı Elon Maskın nümayəndələri Tailandda bir mağarada qalmış uşaq futbol komandasının üzvlərini və məşqçisini xilas etmək üçün bu ölkə hökuməti ilə danışıqlar aparırlar.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən yaydığı xəbərə görə, bu barədə E. Maskın mətbuat katibi açıqlama verib.

 

Mağarada qalmış uşaqların dəqiq yerini müəyyən etmək üçün E. Maskın “Space Exploration Technologies” şirkətinin naviqasiya avadanlığından istifadə etmək olar. Bundan başqa, mağaraya girişi və çıxışı bağlamış suyu çəkmək üçün “Boring” şirkətinin sistemlərindən və güclü “Tesla Powerwalls” akkumulyatorundan yararlanmaq mümkündür.
 

Hələlik Tailand hökumətinin bu təklifi qəbul edib-etmədiyi məlum deyil.

Qeyd edək ki, hadisə iyunun 24-də baş verib. 14-16 yaşlı uşaqlardan ibarət futbol komandası və onların məşqçisi Ponq Pxa qoruğundakı mağaraya daxil olublar. Lakin mağaraya sel gəlib və yağışlar nəticəsində suyun səviyyəsi yüksəldikdən sonra mağaranın giriş-çıxışı bağlanıb.

 

Dalğıc-xilasedicilər iyulun 2-də içəridəkiləri tapıblar. Onların hamısı sağdır, lakin bu müddətdə heç nə yeməyiblər. Onlar girişdən bir neçə kilometr içəridə, mağaranın dərinliklərində qalıblar. Mağarada suyun səviyyəsi daşqın səbəbi ilə azalmır, nasos sistemlərinin tətbiqi nəticə vermir. Hökumət xilas üçün bir neçə variantı müzakirə edir. Variantlardan biri kimi mağaraya – uşaqların olduğu yerə təxliyyə çıxışı qazmaq nəzərdən keçirilir. Uşaqlara akvalanqda üzmənin öyrədilməsi və onların mağaranın su basmış hissəsindən çıxarılması variantına da baxılır.

 

P. S. Son məlumata görə, E. Mask öz mühəndislərini vəziyyətlə yerində tanış olmaları üçün Tailanda göndərib. 

SİZİN REKLAM BURADA