EUR 1.9828 USD 1.7 RUB 0.0267

İT icmal

Ən yaxşı oyun smartfonları - TOP-10

  • 1766 dəfə
  • Tarix 06 İyul 2018 / 17:18

Çinin “Xiaomi” şirkətinin “Black Shark” smartfonu 287 750 balla növbəti dəfə AnTuTu reytinqinə başçılıq edib. 


İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, iyun ayının nəticələrinə əsasən, həmin oyun telefonu “Android” əməliyyat sistemi ilə idarə edilən ən keyfiyyətli cihaz elan edilib. 

TOP-10-da ikinci mövqeni 284 227 bal toplayan olduqca güclü “Vivo Nex” smartfonu tutub. Üçüncü sıra 282 275 xal topalayan “OnePlus 6” smartfonuna məxsusdur.

Bundan başqa, ən yaxşı 10 oyun cihazının siyahısına “Xiaomi Mi 8”, “Mi MIX 2s”, “Smartisan Nut R1”, “Samsung Galaxy S9+”, “Galaxy S9”, “Nubia Red Magic” və “Sony Xperia Z2” smartfonları daxil edilib.

Mütəxəssislər iddia edirlər ki, bu reytinqin nəticələri dəqiq olmaya bilər. Çünki eyni cihazın müxtəlif nüsxələri AnTuTu-da çox vaxt ayrı-ayrı xallar toplayır. 

SİZİN REKLAM BURADA