EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

Yeni doğulan körpələr üçün süni ağciyər yaradıldı

  • 1215 dəfə
  • Tarix 07 İyul 2018 / 16:40

Kanada və Almaniyanın bir qrup alimi tənəffüs problemləri yaşayan yeni doğulan körpələr üçün xarici süni ağciyər yaradıb.

 

İKT.lent.az-ın Science.gov.az saytına istinadən xəbərinə görə, süni ağciyər xüsusi qaz və oksigen qarışığından deyil, havadan istifadə edir.

 

Yeni işləmə qanı oksigenlə zənginləşdirən ikitərəfli məsaməli membranlardan ibarət olan mikrokanallar sistemini özündə əks etdirir. Sözügedən konstruksiyada qan nasosların köməyi ilə deyil, sərbəst şəkildə dövr edir, təzyiqin dəyişməsi nəticəsində isə qan hüceyrələrinin zədələnməsinin qarşısı alınır. Cihazın forması qanın tərkibini həmcins saxlayaraq körpələrə lazımi həcmdə çatdırılmasını təmin edir.

 

Alimlərin sözlərinə görə, süni ağciyərlər yeni doğulan körpələrin orqanizminin bütün zəruri tələblərini ödəmək gücündədir. Qurğunun dayanıqlılığını yüksəltmək və körpənin orqanizminə düşən yükü azaltmaq üçün fiziklər onun hazırlanmasında digər materialları da sınaqdan keçirmək niyyətindədirlər.

SİZİN REKLAM BURADA