EUR 1.9828 USD 1.7 RUB 0.0267

Proqramlar

“Twitter” iki ayda 70 milyon istifadəçini blokladı

  • 592 dəfə
  • Tarix 09 İyul 2018 / 12:07

“Twitter” sosial şəbəkəsi bu ilin mayından iyun ayına qədər olan müddətdə 70 milyondan artıq şübhəli akkauntu (hesabı) bloklayıb.

 

İKT.lent.az-ın “The Washington Post” nəşrinə istinadən xəbərinə görə, sosial şəbəkə 2017-ci ilin oktyabrından istifadəçi sayının azalmasına baxmayaraq, bloklama tempini təxminən 2  dəfə artırıb.

 

Platformanın vitse-prezidenti Del Harvi qeyd edib ki, əgər insanlar özlərini mühafizə olunmuş hiss etmirlərsə, söz azadlığı bir o qədər də vacib və önəmli deyil.  

 

May ayında şirkət pozuntuları izləyə bilən alqoritmlərinin dəyişdirildiyini elan edib. Qəzet yazır ki, “Twitter” rəhbərliyi gələn həftə bu təşəbbüslə bağlı yeni bəyanat yayacaq.

 

Nəşrin məlumatına görə, bu dəyişikliklər ABŞ Konqresi tərəfindən edilən təzyiqlərlə və Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı olub.  

SİZİN REKLAM BURADA