EUR 1.9828 USD 1.7 RUB 0.0267

Mobil

“Samsung”un ən uğursuz smartfonu bəlli oldu

  • 952 dəfə
  • Tarix 09 İyul 2018 / 12:40

“Samsung” etiraf edib ki, “Samsung S9” şirkətin ən uğursuz smartfonu olub.

 

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, bu barədə cihazın satışları haqqında məlumatlarda deyilir.

 

Qeyd edilir ki, flaqman smartfonlarının uğursuz başlanğıcını mütəxəssislər tərəfindən hazırlanmış analitik məlumatlar və reytinqlər də sübut edir.

 

“Samsung Galaxy S9” cihazı son 6 ildə şirkət üçün ən uğursuzu olub. Şirkət flaqmanı bazara çıxararkən onun uğur qazanacağına əmin idi.

 

Bildirilir ki, reklam kampaniyası özünü doğrultmayıb. İlkin hesablamalara əsasən, cari ildə cihazın satış həcmləri 31 milyon dollar təşkil edəcək. Bəzi mütəxəssislər isə cihaza daha az tələbatın olacağını da proqnozlaşdırırlar.  

 

Mütəxəssislər qeyd edirlər ki, Cənubi Koreya şirkəti yeni smartfon buraxmaqla yaranmış vəziyyətdən çıxa biləcək. Hazırda hazırlanmaqda olan “Galaxy S10” smartfonu vəziyyəti xilas edə bilər. Bundan öncə də bildirilib ki, “Samsung” bu il üç növ “Galaxy S10” smartfonu istehsal edəcək.

SİZİN REKLAM BURADA