EUR 1.9828 USD 1.7 RUB 0.0267

Redaktorun seçimi

Zukerberq milyarderlər siyahısında 3-cü yerə yüksəldi

  • 788 dəfə
  • Tarix 09 İyul 2018 / 13:14

“Facebook” şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberq “Bloomberg”in versiyasına əsasən dünyanın ən zəngin adamlarının yenilənmiş siyahısında 3-cü olub.

 

İKT.lent.az-ın xəbərinə görə, ilin əvvəlindən bəri M. Zukerberqin sərvətinin miqdarı 8,8 milyard artaraq 81,6 milyard dollara çatıb. Nəticədə o, sərvəti 4,1 milyard dollar azalaraq 81,2 milyarda düşən məşhur investor Uorren Baffeti ötüb.

 

Siyahının ilk sırasında “Amazon”un sahibi Ceff Bezos (142 milyard dollar), 2-ci sırasında isə “Microsoft”un sahibi Bill Geyts (94,2 milyard dollar) yer alıb.

 

M. Zukerberqin sərvəti “Facebook” səhmlərinin bahalaşması sayəsində artıb. Şirkət səhmləri ötən cümə günü 2,4% bahalaşaraq 203,23 dollara çatıb. Halbuki martın sonlarında istifadəçi məlumatlarının sızması ilə əlaqədar səhmlərin dəyəri 152,2 dollara düşmüşdü.

 

İyun ayında “Instagram TV”nin istifadəyə veriləcəyi açıqlandıqdan sonra səhmlərin qiyməti qalxıb və M. Zukerberqin sərvəti də 1,7 milyard dollar həcmində yüksəlib.

 

Qeyd edək ki, “Forbes”un milyarderlər siyahısında M. Zukerberq 5-ci sıradadır.

SİZİN REKLAM BURADA