EUR 1.9828 USD 1.7 RUB 0.0267

Mobil

“Xiaomi” brendi ilə smartfon istehsalı dayandırılır 

  • 1293 dəfə
  • Tarix 09 İyul 2018 / 17:30

Çinin “Xiaomi” şirkətinin rəhbərliyi öz brendi altında olan smartfonların istehsalını dayandırır. 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “XiaomiToday” portalı məlumat yayıb. 

Nəşr qeyd edir ki, şirkət smartfonlarını “Pocophone” brendi altında istehsal etməyi davam etdirəcək. Bu ticarət markası ilə cihazlar Avropa və ABŞ bazarlarına çıxarılacaq. 

Şirkət rəhbərliyi bu marka altında olan smartfonların satışını Çinin daxili bazarında da həyata keçirmək imkanlarını nəzərdən keçirir. 

Xatırladaq ki, “Xiaomi” smartfonları qənaətcil modellərin sahibləri arasında böyük populyarlığa malikdir. Şirkətin birdən-birə dörd model smartfonu qiyməti 259 dollardan aşağı olmayan smartfonların TOP-5-nə daxil olub. Siyahıda “Redmi Note 5”, “Redmi 5”, “Redmi 5 Plus” və “Redmi S2” smartfonlarının adları var. 

SİZİN REKLAM BURADA