EUR 1.9828 USD 1.7 RUB 0.0267

Redaktorun seçimi

Maskın mini-submarinası işə yaramadı - VİDEO

  • 614 dəfə
  • Tarix 10 İyul 2018 / 13:12

Tailand xilasediciləri Kxao Luanq mağarasında qalmış 4 uşağı və onların məşqçisini xilas etmək üçün amerikalı iş adamı Elon Maskın təklif etdiyi mini-submarinadan istifadə etməyəcəklər.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə yerli “Khaosod” nəşri məlumat yayıb. Xilasetmə əməliyyatının rəhbəri Naronqsak Osottxanakon bildirib ki, E Maskın təqdim etdiyi texnika hazırkı missiya üçün məqsədəuyğun deyil: “Onun verdiyi avadanlıq texnoloji baxımdan mürəkkəb və müasirdir. Lakin biz bu mağarada ondan istifadə edə bilmərik”.  

 

Qeyd edək ki, E. Mask iyulun 9-da axşam Tailanda gedib və Kxao Luanq mağarasına yollanaraq özü ilə gətirdiyi mini-submarinanı xilasetmə qrupuna verib. Bu submarina “Falcon 9” daşıyıcı raketinin hissələrindən hazırlanıb və Los-Ancelesdəki hovuzda sınaqdan çıxarılıb.

 

Xatırladaq ki, 11-16 yaş arası məktəblilərdən ibarət futbol komandası və onların 25 yaşlı məşqçisi Tailandın şimalında, Çianqray əyalətindəki mağaraya daxil olduqdan sonra onlarla əlaqə itib. Ərazidə leysan başlayıb və sel mağaranın giriş-çıxışını bağlayıb. Onları 10 gün sonra tapıblar və xilasetmə əməliyyatı başlayıb. Artıq məktəblilərin əksəriyyəti mağaradan çıxarılıb və içəridə 5 nəfər qalıb.

SİZİN REKLAM BURADA