EUR USD RUB

Redaktorun seçimi

“Microsoft”un süni zəkası dünya çempionunu müəyyən etdi

  • 823 dəfə
  • Tarix 11 İyul 2018 / 15:54

“Microsoft”un süni zəkası “Bing” Rusiyada keçirilən futbol üzrə dünya çempionatının finalçılarının Fransa və İngiltərə olacağını bildirib.

 

İKT.lent.az-ın xəbərinə görə, “Bing” bu proqnozu Fransa-Belçika matçından əvvəl verib. O, Fransanın qələbəsini 56% ehtimal kimi göstərib. Bu proqnoz özünü doğruldub. İngiltərə-Xorvatiya yarımfinalı ilə bağlı proqnozun özünü doğruldub-doğrultmayacağını bu gün görəcəyik.  

 

Final qarşılaşmasında isə 62% ehtimalla britaniyalıların qələbəsi proqnozlaşdırılır.
 

Qeyd edək ki, “Microsoft”un süni zəkası qrup mərhələsindən etibarən proqnoz verməyə başlayıb. Lakin proqram dörddə bir finala çıxan komandalar arasında Braziliyanı yarışın favoriti kimi göstərirdi. Bu proqnoz özünü doğrultmayıb və braziliyalılar Belçikaya məğlub olub.  

 

Proqnoz hazırlamaq üçün “Bing” bir sıra göstəricilərdən istifadə edir. Buraya komandaların daha əvvəl qazandığı uğurlar, matçların keçirildiyi yer, hava, eləcə də fanatların sosial şəbəkələrdəki şərhləri daxildir.

 

Rusiyadakı çempionatdan əvvəl “Goldman Sachs” investisiya bankının süni zəkası da proqnoz verirdi, lakin onun proqnozlarında yanlışlıq çox olub. Belə ki, süni zəka yarımfinala Almaniya, Portuqaliya, Fransa və Braziliyanın yüksələcəyini və Braziliyanın çempion olacağını proqnozlaşdırıb.

SİZİN REKLAM BURADA